Hərrac başa çatdı - DOLLAR QALXDI

  • By admin
  • 28 Fevral 2017 13:18

HERRAC

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində .

Qeyd edək ki, bu gün rəsmi USD/AZN məzənnəsi 1.7475 manat səviyyəsindədir.

Gununsesi.info