Hərracda tələb təklifi cüzi üstələdi

  • By admin
  • 08 Yanvar 2018 11:42

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Gununsesi.info Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 300,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi cüzi üstələyib. Bugünkü depozit hərracında 300 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, cəlbedici şərtlərə rəğmən, Mərkəzi Bank banklardan istədiyi qədər pul cəlb edə bilmir. Mərkəzi Bank ilin əvvəlindən bir depozit və not hərracı keçirib. İki hərrac vasitəsilə banklardan 1,6 milyard manat vəsait cəlb edib. Bu vəsait də pul bazasının 18,5%-nə bərabər olub.

Gununsesi.info