Həsən Kür əməliyyat olundu, reanimasiyadadır

  • By Admin2
  • 20 Mart 2025 16:17

Həsən Zeynallının (Kür) sol ayağı əməliyyat olunub. O hazırda reanimasiya şöbəsindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan məlumat verib.

Həkim bildirib ki, Həsən Kürün əməliyyatı ağır keçib:

“Əməliyyat zamanı xəstə çox qan itirdi. Təqribən, 5 saat davam edən proses ağır olsa da, əməliyyat uğurla yekunlaşdı, hazırda vəziyyəti stabildir. Hələ ki, müalicəsi reanimasiya şöbəsində davam etdirilir”.

Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib.

Əlavə edək ki, şair İkinci Qarabağ müharibəsi iştirakçısıdır.

Gununsesi.info