İranda səfərdə olan Ermənistan xarici işlər naziri Eduard Nalbəndyan bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşüb. Gununsesi.info İranın rəsmi “İrna” agentliyinə istinadla xəbər verir ki, Həsən Ruhani Tehran-Yerevan arasında əlaqələrin inkişafının iki xalqın istəyi ilə başa gəldiyini və Ermənistana texnik-mühəndislik xidməti təqdim etməyə hazır olduqlarını bəyan edib. Görüşdə iqtisadi, mədəni, ticarət, enerji, tranizt, nəqliyyat, yükdaşıma, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığa və dost münasibətlərə toxunan Ruhani deyib: “Bu gün sanksiyalardan sonra yaranmış şərtlər daxilində iki ölkənin ticari-iqtisadi əlaqələrinin inkişafı üçün çox yaxşı fürsət var. Bu fürsətdən istifadə edərək bütün sahələrdə əməkdaşlıq səviyyəsini gücləndirməliyik. Məhsul nəqli və daşınmasında İranla Ermənistanın əlqələrinin inkişafı bügünkü şərtlərə tam uyğundur. Biz Ermənistan üzərindən Qara dənizi Fars körfəzinə bağlayacağıq”. Ermənsitanın hər zaman İslam Respublikasının dostu olduğunu söyləyən Ruhani Tehran-Yerevan əlaqələrinin genişləndirilməsini iki ölkənin iradəsindən asılı olduğunu vurğulayıb: “İki ölkənin rəhbərləri bu istiqamətdə çalışmalıdırlar”. Regional və beynəlxalq arenada Tehranla Yerevanın ortaq mövqeyindən söz açan Ruhani deyib ki, İslam Respublikası bölgədə təhslükəsiziliyin və sülhün bərqərar olmasına tərəfdardır. Münaisbətlərdən məmnunluğunu ifadə edən Eduard Nalbəndyan Yerevanın daim Tehranla çoxistiqamətli əlaqələrdə maraqlı olduğunu deyib.
Gununsesi.info