İsrailin Qəzzada fələstinlilərə qarşı törətdiyi qətliamla bağlı İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin təcili toplantısı başlayıb.
Gununsesi.info xəbər verir ki, toplantıda Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu açılış çıxışı edib.
Çavuşoğlu bildirib ki, aramızda birlik olmalı və bəzi ölkələrin ABŞ nümunəsini izləməsinin qarşısını almalıyıq.
“Ancaq bəzi İƏT üzvlərinin Fələstin davasına sahib çıxmadıqları görünür. Bəzilərinin Nyu Yorkdakı Qüds toplantısında çəkinərək səs verdiyini, bəzilərinin səs vermədiyini, bəzilərinin də əleyhimizə səs verdiyini gördük. İsrailin şiddət siyasəti sona çatmalıdır”, – Çavuşoğlu bildirib.
Zirvə görüşündə 40-dan çox ölkənin iştirak etdiyi bildirilib.
***
Sionistlərin qeyri-qanuni əməllərini mərhələli şəkildə qanuniləşdirməsinə izn verməməliyik.
Bu sözləri İran Prezidenti Həsən Ruhani İstanbulda keçirilən İƏT zirvəsinə yola düşməzdən əvvəl Tehranda çıxışı zamanı deyib.
“ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürməsi BMT TŞ qərarlarına və beynəlxalq hüquqa ziddir. ABŞ hakimiyyəti bu gün islam dünyasında və ictimaiyyətində hər zamankından daha çox nifrət edilən hala gəldi. Fələstin və Qüds məsələsi hər zaman islam dünyasının ilk məsələsidir. Bu torpaqların əsl sahibi Fələstin xalqıdır”, – Ruhani bildirib.
Gununsesi.info