
2017-ci ilin may ayında İranda keçirilən prezident seçkilərində Həsən Ruhaniyə əsas rəqiblərdən biri olan, mühafizəkarların təmsilçisi, Tehran meri Məhəmməd Baqir Qalibafı vəzifədən uzaqlaşdırıb.
Gununsesi.info “Mehr”ə istinadən xəbər verir ki, Tehran Şəhər Şurasına (merliyinə) keçirilən seçkilərdə Həsən Ruhaniyə yaxınlığı ilə seçilən Məhəmmədəli Nəcəfi seçilib.
Belə ki, M.Nəcəfi Tehran Şəhər Şurasında baş tutan səsvermədə yekdilliklə (21 səs) İran paytaxtının yeni meri vəzifəsinə seçilib. Bununla da o, Tehranın 16-cı meri oldu. “İslahatçı” düşərgənin təmsilçisi olan Tehranın yeni meri Məhəmmədəli Nəcəfinin 66 yaşı var. O, bundan öncə vitse-prezident vəsifəsini daşımaqla yanaşı, Mədəni İrsin Qorunması Təşkilatının sədri vəzifəsində çalışıb. M.Nəcəfi həmçinin, bir müddət İranın Tədqiqat və Təhsil Proqramlaşdırılması Təşkilatının rəhbəri vəzifəsində çalışıb.
Onu da qeyd edək ki, Tehranın sabiq meri Məhəmməd Baqir Qalibaf 3 dövr bu vəzifədə çalışıb. M.B.Qalibaf 2005-ci ildən Tehranın meri vəzifəsində çalışıb. Prezidentliyə namizəd İshaq Cahangiri isə yenidən vitse-prezident vəzifəsinə təyin olunub. Bu şəxs H.Ruhaninin komandasında olmuş və seçki marafonunun gedişində namizədliyini Ruhaninin xeyrinə geri götürüb.
Gununsesi.info