Bəzi həşəratlar var ki, onları yanlız isti havalarda görmək mümkündür. Məsələn, ağcaqanad.
Bəs isti havalarda görünən həşəratlar qışda hara yox olurlar?
Gununsesi.info təqdim edir ki, onlar əslində, “sağ qalma” rejiminə keçirlər. Bunun ən yayılmış üsullarından biri “Diapauza” adlanır. Bu vəziyyət heyvanlarda qış yuxusuna bənzəyir.
Belə ki, soyuq havalarda onlarda maddələr mübadiləsi pozulur və onlar yaza qədər yuxuya getmiş kimi görünür.
Məsələn, kəpənək, ağcaqanadlar ağacların qabığının altındakı yarıqlarda gizlənə bilirlər. Qışda onların bədəni “Antifriz” maddələr ifraz edir və bu da onları donmaqdan qorumaq üçündür.
Bəzi həşəratlar isə torpağın altında gizlənirlər.
Orxan Saffari