Həssas əhali qrupuna aid olan tələbələrə yeni XƏBƏR

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı http://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərinin qəbulunun müddəti uzadılıb. 

Gununsesi.org bildirir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, proses iyulun 1-dək davam edəcək.

Gununsesi.org