Həştərxanda 19 nəfər narkotikdən zəhərlənib, 6-sının vəziyyəti ağırdır

  • By ilhame
  • 20 Noyabr 2023 22:05

Rusiyanın Həştərxan vilayətində narkotik maddədən kütləvi zəhərlənmə baş verib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Həştərxan vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, noyabrın 17-dən noyabrın 21-dək olan müddətdə müvafiq xəstəxanaya 19 nəfər narkotik və psixotrop dərmanlardan zəhərlənmə əlamətləri ilə qəbul edilib.

Hazırda 3 saylı Şəhər Kliniki Xəstəxanasında narkotik maddədən zəhərlənən 17 xəstə müalicə alır. Müalicə alan 6 pasiyentin vəziyyəti ağırdır.

Gununsesi.info