“VF Tanker-7” teploxodu Xəzər dənizinin şimal hissəsində, Volqa-Xəzər kanalında saya oturub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə idarəsi məlumat yayıb.
“Teploxod Həştərxan-Bakı marşrutu ilə hərəkət edib, gəminin ekipajı 12 nəfərdən ibarətdir. Hadisə nəticəsində xəsarət alan yoxdur. Gəminin gövdəsi zədələnməyib”, – FHN-nin Həştərxan vilayəti üzrə idarəsinin məlumatında qeyd olunub.
Məlumatda həmçinin bildirilib ki, hadisə kanalda gəmilərin hərəkətinin dayanmasına səbəb olmayıb.
Gununsesi.info