Həyətində çətənə kolu əkən şəxs saxlanılıb

  • By admin
  • 09 Sentyabr 2016 17:02

cetenek

Xəzər RPİ-yə həyətyanı sahəsində narkotik xassəli çətənə kolları əkib becərən Heydər Əzizağa oğlu Pirimov barəsində məlumat daxil olub.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, dərhal polis əməkdaşları onun yaşadığı evə gələrək axtarış aparmağa başlayıblar. Ev sahibi əvvəl axtarışın aparılmasına etiraz etsə də, sonradan onlarda dəqiq məlumatın olduğunu başa düşüb. Əməliyyatçılar onun həyətində 26 ədəd çətənə kolunu aşkarlayıblar  İdarədə dindirilən Pirimov ilkin ifadəsində 40 ildir narkotik vasitələrdən istifadə etdiyini bildirib. Əvvəllər məhkumlugu  olmayan Heydər Pirimovun 3 övladı, 6 nəvəsi var.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info