Həyat enerjinizin sürətlə tükəndiyini hiss etdiyiniz günlər az olmur. Bir an əvvəl bitsin istədiyiniz, xəyal gücünüzün belə sizi tərk etdiyi, kimsəni çəkə bilmədiyiniz günlərdən necə qurtulmalı? Gununsesi.info həmin günlərdə əhvalınızı bir anda dəyişdirmək üçün etməniz lazım olan şeyləri diqqətinizə çatdırır.
Daha çox musiqi
Əlbəttə, hər əhvala uyğun musiqilər var. Amma indi yüksək səslə, templi musiqi dinləmənin zamanı. Yüksələn nəbziniz və ürək atışınız sizə lazımlı enerjini verəcək. Hətta bir az da rəqs etməyə nə deyərsiniz? Qətiliklə yaxşı bir ideyadır!
Enerji demişkən…
Müsbət enerjiyə sahib dostlar və görüşlər də belə kritik günlərdə çox əhəmiyyəti var. Gecə-gündüz enerjisi bitməyən o super dostunuza bir az ayaq uydurun. Havanızın bir anda dəyişdirilməsi yüzdə yüz zəmanətli!
Səyahət
Etməniz lazım olan əsas iş fotoaparatınızı götürüb özünüzü küçələrə atın. Fərqli dünyaları kəşf edin. Bitkilərə həşəratlara fokuslanın. Ya da heç getmədiyiniz bir səmtin ara küçələrindən kadrlar çəkin.
Maraqlı bir film izləyin
Sizi olduğunuz dünyadan qoparıb bambaşqa bir dünyaya aparacaq bir şey daha var. Bir kino-teatr salonu. Ya da izləmək istədiyiniz bir filmi seçin və kreslonuza çökün. İndidən özünüzü yaxşı hiss etməyə başladınız belə…
Ülviyyə Xəlil
Gununsesi.info