Həyat yoldaşını bıçaqladı - 12 İL AZADLIQDAN OLDU

  • By admin
  • 14 Fevral 2017 15:09

bicaq_06987

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Seymur Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Soltanov 11 il 3 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin iyun ayında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan 1976-cı il təvəllüdlü S.Soltanov həyat yoldaşı 1978-ci il təvəllüdlü Cəmilə Soltanovaya bıçaqla xəsarət yetirib.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. S.Soltanov könüllü olaraq polisə gəlib.

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Gununsesi.info