Həyat yoldaşının üstünə benzin töküb yandırdı…

  • By admin
  • 29 Mart 2021 16:04

Türkiyənin Təkirdağ vilayətində həyat yoldaşı tərəfindən üzərinə benzin tökülərək, yandırılan qadın ağır xəsarət alıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağır yaralanan qadın İstanbuldakı xəstəxanada müalicə olunur.

Məlumata görə, hadisə Hacıköy məhəlləsində mübahisə zəminində baş verib. Mübahisə zamanı Əkrəm həyat yoldaşı Ayşəninin üzərinə benzin tökərək onu yandırır. Daha sonra isə hadisə yerini tərk edir.

Ayşənin həyatı hələ də risk altındadır. Həyat yoldaşı Əkrəm isə polislər tərəfindən saxlanılıb.

Gununsesi.info