
Həzi Aslanov metro stansiyasının təmirə dayanacağına dair xəbər həmin ərazidə yaşayan insanların narahatlığına səbəb olub.
Gununsesi.info bildirir ki, bu zəbərlə bağlı öz narazılığını ifadə edən tanınmış jurnalist Vüsalə Rüstəmova yazır:
“Yaxın vaxtlarda metronun “Həzi Aslanov” stansiyası təmir üçün bağlanacaqmış. Siz Allah təmir layihənizi qatlayıb qoyub şkafınıza. Stansiya gül kimidir, təmirlik qədər sıradan çıxmayıb. Onsuz da işə-evə itin zülmüylə gedib-gəlirik. Elə qatarlar “Həzi Aslanov” stansiyasında dolur artıq. Ondan sonra böyük bir işgəncə vadisi yaşanır. Təmirə bağlansa tam bir cəhənnəmlik durum yaranacaq. Belə qərarlar verəndə əhalinin sıxlığı nəzərə alınmalıdır. Siz təmir edincə, yaxşısı o maliyyəni yeni stansiyalar tikməyə yönəldin”.
Gununsesi.info