Həbib və atasına ali mükafat təqdim olundu

  • By admin
  • 06 Dekabr 2019 09:37

Dağıstan rəhbəri Vladimir Vasilyev yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədov və atası, eyni zamanda məşqçisi Əbdülmanaf Nurməhəmmədova regionun ən yüksək mükafatını təqdim edib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, idmançı və atası “Dağıstan Respublikasına xidmətlərinə görə” medalı ilə təltif olunub.

Bu cür mükafat Nurməhəmmədovlara idman sahəsində yüksək nailiyyətlərə görə (məsələn Əbdülmanaf Nurməhəmmədov sambo üzrə 18 dünya çempionu yetişdirib və Ginnesin Rekordlar Kitabına düşüb) verilib.

Dağıstan lideri Həbib Nurməhəmmədova Toni Ferqusonla qarşıdakı döyüşdə uğurlar arzu edib.

Gununsesi.org