Həbsə göndərilən əsgər özünə qəsd etdi

  • By admin
  • 19 İyul 2021 18:42

Azərbaycam Dövlət Sərhəd Xidmətinin giziri qanunsuz həbsinə etiraz olaraq özünə qəsd edib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə iyulun 15-də baş verib.

Belə ki, Dövlət Sərhəd Xidmətinin 29 yaşlı giziri, Suraxanı rayon Qaraçuxur qəsəbə sakini Həsən Hikmət oğlu Məmmədov Yevlaxdakı hərbi hissələrin birində 5 günlük  həbsə aparılarkən özünü maşından atıb.

Nəticədə  ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilən hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Ailəsi onun komandirlə münaqişə zəminində cinayətlə öldürüldüyünü iddia edir.

Bərdə Rayon Prokurorluğundan isə hadisənin araşdırıldığı bildirilib.
Mövzuya qayıdacağıq.

 

Gununsesi.info