Həbsdə olan 15 nəfərdən silah tapılıb

  • By admin
  • 06 Fevral 2020 11:26

Ötən il Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində ölkənin digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Gununsesi.org-un verdiyi xəbərə görə, Penitensiar Xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Binəqədi rayon Polis idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah daşıma) maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Hüseynov Natiq Rafiq oğlu həbs edilməmişdən əvvəl Binəqədi rayonu ərazisində yerləşən kənd qəbiristanlığında gizlətdiyi 1 ədəd “Deutsche Werk Erfort” markalı tapança və ona məxsus 1 ədəd sandıqçanı könüllü olaraq təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2019-cu ildə Penitensiar Xidmət və digər hüquq-mühafizə orqanları birgə 15 oxşar əməliyyat keçirib və həbsdə olan şəxslərin azadlıqda olarkən gizlətdiyi silahlar aşkar olunaraq istintaqa təhvil verilib.

Gununsesi.org