Həbsdə olan icra başçısı reabilitasiya mərkəzinə köçürülüb

  • By admin
  • 30 Dekabr 2021 18:57

Həbs edilmiş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin son durumu açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Quliyevin vəkili Leyla Məmmədova sayta açıqlamasında bildirib ki, sabiq başçı Bakıdakı reabilitasiya mərkəzlərindən birinə köçürülüb, hazırda müalicə olunur. Obildirib ki, M.Quliyev 2 ay yarım koma vəziyyətində qalıb. Komadan ayılsa belə, hazırda özü yeriyə bilmir.

Qeyd edək ki, M.Quliyev 2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. Bu ilin sentyabrda koronavirusa yoluxan keçmiş başçı Gömrük Hospitalında müalicə alaraq sağalıb.

Mahir Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinir.

Hazırda onun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.

Gununsesi.info