Həbsdə olan MTN polkovnikinin şikayəti qismən təmin edilib

  • By admin
  • 22 Dekabr 2021 17:41

Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi polkovnik Səlim Məmmədovun kassasiya şikayətini qismən təmin edib.

Gununsesi.info xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

S.Məmmədov barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsi və müsadirə edilən əmlaklarının geri qaytarılması üçün Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, S.Məmmədov 2015-ci ildə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla birgə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info