Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb

  • Müəllif: admin
  • 29 İyul 2025 08:59

Həbsxanada aclıq aksiyası keçirən “Abzas Media”nın  baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova aclıq aksiyasını dayandırıb .

Bu barədə Gununsesi.info-ya Sevinc Vaqifqızının ailəsindən bildirilib.

Məlumata görə, jurnalist xanımlar bu addımı atarkən valideynlərinin və dostlarının israrlı xahişlərini nəzərə alıb.

Hər üç jurnalist 10 gündür ki, bu aksiyaya başlamışdı.

 

Günay

Gununsesi.info