Həbsdəki jurnalistin xanımı Prezidentə müraciət etdi

  • By admin
  • 09 İyun 2022 11:36

Hazırda məhkəməsi keçirilən jurnalist Sənan Həsənoğlunun həyat yoldaşı Nəzakət Seyidova Prezident İlham Əliyevə, Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Gununsesi.info-ya daxil olan müraciəti təqdim edirik:

Qeyri-qanuni həbs olunmuş jurnalist Sənan Həsənoğlunun həyat yoldaşı Nəzakət Seyidova tərəfindən

Müraciət

Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli KİV nümayəndələri!

Diqqətinizə çatdırıram ki, həyat yoldaşım Sənan Həsənoğlu (Abdullayevev) 30 ilə yaxındır ki, jurnalist fəaliyyəti ilə məşğuldur və bunun da 20 ilini ölkəmizin mərkəzi televiziyalarının (SPACE AZTV ATV) Qarabağ bölgəsində cəbhə müxbiri vəzifəsini vicdanla yerinə yetirib.
2016 -cı ilin aprel döyüşləri zamanı hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi mükafatlandırılıb.

Ölkə rəhbəri Cənab Prezident İlham Əliyevin çağırışı və himayəsi ilə 2021-ci ilin əvvəllərindən, Respublikamızda baş verən ictimai-siyasi hadisələri işıqlandırmaq üçün “Xəbər kanalı” adlı internet televiziyası yaradaraq, əsasən də Tənqidi media resrusu kimi kanalı tanıtdı.

Elə həmin ilin avqust ayında Goranboy Rayon İcra Hakimiyyət başçısı Məhərrəm Quliyevin sifarişi ilə qeyri-qanuni olaraq həbs edildi. Artıq 11 aydır ki, həyat yoldaşım Sənan Həsənoğlu qanun pozuntuları ilə ölkəmizin hər üç Təcridxanasının ( 1 sayli Kürdəxanı, 2 saylı Gəncə, 3 saylı Şüvəlan ) məhbusu kimi , ağır ürək və şəkər xəstsəi olmağına baxmayaraq zülmə məhkum edilib. Hələ bütün bunlar azmış kimi, indi də Gəncə Ağır Cinayətlər məhkəməsində işinə ədalətli baxmayaraq və süründürməçilik edərək məhkəməni uzadırlar.

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilir ki, azadlıq hüququ, doğulduğu andan, hər bir insanın təbii və ayrılmaz hüququdur. O, ölkəmizin qoşulduğu beynəlxalq hüquqi aktlara əsas insan hüququ və azadlıqları arasındadır. Ümumi dünya insan hüquqları, Bəyannaməsi, Beynəlxalq Paktın 4 -cü maddəsində göstərilir ki, heç kəs zorla həbs və ya dustaq edilə bilməz .

Bütün bunlara baxmayaraq, həyat yoldaşım Sənan Həsənoğlu qanunsuz yolla həbs edilib və Azərbyacan Respublikası cinayət prossesual məcəlləsinin 146.1 ,145.2 ,145.3 maddələrinin tələbləri pozulub, eləcə də həmin cinayət prossesual məcəlləsinin 74.4 cü maddəsinin ( Cinayyətin törədildiyi yerin müəyyən edilməsi mümkün olmadıqda ) bütün müddəlarına riayət edilməyib.

Bütün bunlar azmış kimi həyat yoldaşımın qondarma cinayyət işində, istintaqı aparanlar nədənsə zərərçəkən statusu verdikləri, yalançı şikayətçilərin Sənan Həsənoğlu ilə qərəzli və ədavətli adamlar olmasına “diqqət yetirməyiblər”.

Bu isə bir başa olaraq Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 125.1 maddəsini kobud sürətdə pozmaq deməkdir. Çünki, həmin maddədə aydın şəkildə yazılıb ki, sübuta şübhə yarandıqda həmən sübutlardan istifadə edilə bilməz. Çünki, Sənan Həsənoğlundan və İlqar Atabəydən şikayət edənlər “Xəbər Kanalı” da iyirmi yeddi dəfə tənqid edilən Goranboy Rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev və onun müavinlərdir. Onların isə qərəzli və ədavətli olmaları səbəbindən ifadələri əsaslı sübutlar siyahısında salına bilməz. Elə Avropa Məhkəmsinin (Avşar-Türkiyəyə qarşı) qərarlarında qeyd edilir ki, ədavətli və qərəzli adamların ifadəsi sübutlar siyahısına salına bilməz. Beləliklə də dəfələrlə “Xəbər Kanalı”nda tənqid edilən Goranboy Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri tərəfindən nəticə çıxardaraq vəzifələrinə vicdanlı və məsuliyyətli , yanaşmaqdansa Sənan Həsənoğlu və İlqar Atabəyə qarşı qərəz və düşmənçilik edərək, onları həbs etdiriblər. Əfsuslar olsun ki, Prezident İlham Əliyev dəfələrlə, məmurları vicdanlı və Allahlı olmağa dəvət etməyinə baxmayaraq hələ də ölkəmizdə vicdansız və Allahsız məmurlar mövcuddur.

Onun üçün də yuxarıda qeyd etdiklərim hüquq pozmalarının, eləcə də Sənan Həsənoğlunun ağır ürək və şəkər xəstəsi olmasının İlqar Atabəyev isə himayəsində az yaşlı övladlarının olmasını nəzərə alaraq onlara qarşı baş verən qanun pozuntularına son qoyulması üçün göstəriş verməyinizi eləcə də onların işini nəzarətinizə götürməyinizi xahiş edirəm.

Nəzakət Seyidova