Həbsdəki MTN generalının işi ilə bağlı şok məqam –ELÇİN QULİYEVİN İTTİHAM AKTI ZƏRƏRÇƏKƏNLƏRƏ VERİLMƏYİB

  • By admin
  • 24 Aprel 2017 12:22

elcin

Hazırda həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevin cinayət işi üzrə maraqlı məqam yaranıb.

Gununsesi.info-nun generalın işi üzrə zərərçəkənlərə istinadən verdiyi xəbərə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində aparılan istintaqın yekunu ilə bağlı İttiham Aktı iş üzrə zərərçəkənlərin bəzilərinə təqdim olunmayıb.

Belə ki, ittiham aktı məhkəməyə göndərilsə də onlar ittiham aktı ilə tanış ola bilmir. Zərərçəkənlər bildirir ki, prokurorluğun müstəntiqləri telefonlarını onların  üzünə bağladığından əlavə məlumat da ala bilmirlər: ” Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin qapısından isə bizi içəri almırlar”.

Gununsesi.info-nun araşdırması zamanı o da bəlli olub ki, Elçin Quliyevin məhkəməsi Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək.

Prosesin hazırlıq iclası bu ayın 27-nə təyin olunub.

Gununsesi.info