Həbsdəki müstəntiqə qarşı təxribatda iştirak edən məhkum azadlıqda

  • By admin
  • 29 Mart 2017 09:24

 

rufet-seferov

9 il azadlıqdan məhrum edilən sabiq müstəntiq Rüfət Səfərova qarşı təxribatın iştirakçısı olan məhkum Əjdər Ağaməmmədov azadlığa buraxılıb. Sabiq müstəntiqin yaxınlarının Gununsesi.info-ya verdiyi xəbərə görə, Rüfət Səfərova qarşı 9 saylı müəssisənin rəhbərliyinin təşkil etdiyi oyunun iştirakçısı olan bu şəxs əfv sərəncamı ilə azad edilib. Halbu ki, həmin şəxsin müəssisədə intizam qaydalarını dəfərlərlə pozmasına görə karser cəzası alması halları olub.

Qeyd edək ki, Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov məhkəmə-hüquq sistemindəki ədalətsizliyə etiraz olaraq, prokurorluq orqanlarından istefa verib. Bu istefasını ictimailəşdirdikdən sonra sabiq müstəntiq həbs edilib.

Yerli və beynəlxaql təşkilatlar Rüfət Səfərovu siyasi məhbus siyahılarına daxil edib.

Gununsesi.info