Həbsdəki vəkil niyə aclıq edir?

  • By admin
  • 31 İyul 2019 11:42

İyulun 30-da vəkil Elçin Sadıqov 10 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən hüquq müdafiəçisi Əliabbas Rüstəmova baş çəkib. O, azad edilməsi tələbilə iyulun 25-dən aclıq edir.

Rüstəmov aclığı dayandırmaqdan imtina edib və aksiyanı davam etdirmək niyyətindədir, deyə vəkil qeyd edib.

Avqustun 7-də Ali Məhkəmənin Rüstəmovun vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında iş üzrə iclası təyin edilib. Bundan əvvəl aşağı məhkəmə instansiyaları onu azad etməkdən imtina edib.

* Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

2017-ci ilin iyulunda Ali Məhkəmə Əlabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.

Rüstəmov ittihamları rədd edib, hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Gununsesi.org