Həbsxanada səs verən kürd lideri fotosunu da paylaşdı - DƏMİRTAŞIN KEFİ YERİNDƏ

  • By admin
  • 24 İyun 2018 14:12

Türkiyədə keçirilən parlament və prezident seçkilərində hazırda həbsdə olan kürd lideri Səlahəttin Dəmirtaş da səs verib. Gununsesi.info-nun haberturk.com.tr-yə istinadən verdiyi xəbərə görə, Ədirnədəki cəza evində onunla birgə həbs həyatı yaşayan HDP-li deputat Abdullah Zeydan ilə birlikdə səs verən Dəmirtaş sosial şəbəkədəki hesabı vasitəsi ilə fotosunu da paylaşaraq,  bunu bildirib: “Biz də səsimizi cəza evində verdik. Hər kəsin sandığa gedərək, ölkənin gələcəyi üçün demokratiya üçün bunu etməsini diləyirəm. Səsvermənin sakit və hüzurlu ortamda tamamlanacağına inanıram. Sonucların çox gözəl olacağına inanıram. Hamımıza xeyirli olsun”.

Gununsesi.info