Həbsxanalara giriş üçün vəkillərdən məktub tələbi ləğv olunmalıdır - VƏKİL FARİZ NAMAZLI

  • By admin
  • 25 Yanvar 2023 15:08

Azərbaycanda vəkillərin fəaliyyətinə maneçilik törədən məqamlardan biri də onların həbsxanalarda və  cəzaçəkmə müəssisələrinəı daxil olarkan istintaq orqanından, hakimdən və Penitensiar Xidmətdən müvafiq razılıq məktubu alması ilə bağlıdır.

Qeyd edək ki, təcrübədə bu cür bürokratik hala görə bəzi hallarda vəkillərin müvəkkili ilə təcili görüşləri baş tutmur.

Tanınmış vəkil Fariz Namazlı Gununsesi.info-ya açıqlamasında bildirib ki, belə bir icazənin tələb edilməsi vəkilin öz müştərisi ilə təxirəsalınmaz halda görüşməsinin qarşısını alır: “Bu,  həbsdə saxlanılan şəxsin qısa zamanda vəkilə çatımlığına mane olur. İstintaq təcridxanasında saxlanılan şəxslə görüş üçün müstəntiqdən, cəzaçəkmə müəssisəsində saxlanılan şəxslə görüş üçün Penitensiar Xidmətdən görüş məktubu tələb olunur. Eyni zamanda Penitensiar xidmət görüşə icazə məktubu verdikdə həmin məktubun növbəti il təzələnməsini tələb edir. Bu cür qadağalar vəkilə öz işini keyfiyyətli şəkildə həyata keçirməsinə maneə olur.  Hesab ediəm ki, bu qadağalar aradan qaldırılmalıdır”.

 

Elmar Elnuroğlu

Gununsesi.info