Həcc ziyarəti qiymətlərinin artmasına səbəb nədir?

  • By admin
  • 08 İyun 2022 19:45

2022-ci ildə həcc ziyarətinə Azərbaycandan gediş hər ziyarətçi üçün 9016 manata (5356 dollar) başa gəlir. 2019-cu illə müqayisədə qiymət 1206 dollar artıb.

Həcc ziyarətinin təşkilatçısı – Qafqaz Müsəlmanları İdarəsi bu qədər ciddi bahalaşmanın səbəbini açıqlamır.

Amma bütün istiqamətlərdə aviabiletlərin bahalaşmasını nəzərə alsaq, əsas səbəbin məhz bu olduğunu təxmin etmək olar.

Eyni zamanda, qəbul edən tərəf – Səudiyyə Ərəbistanının hakimiyyəti tərəfindən bir çox xidmətlərin qiymətinin artırıldığı məlum olub.

Bundan başqa, səudiyyəlilər bütün ölkələrdən zəvvar kvotalarını xeyli azaldıb. Azərbaycan üçün zəvvar kvotası iki dəfəyə yaxın azalıb.

Xatırladaq ki, 2020-2021-ci illərdə koronavirus pandemiyası ilə əlaqədar Həcc ziyarəti təşkil edilməyib.

Gununsesi.info