“Hədəfə nail olduq” - MAKRON PUTİNLƏ OLAN SÖHBƏTİNDƏN DANIŞDI

  • By admin
  • 08 Fevral 2022 15:29

Fransa Prezidenti Emmanuel Makron ötən gün Rusiya lideri Vladimir Putinlə görüşü zamanı Ukrayna ətrafında gərginliyin azaldılmasına nail olduğunu söyləyib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə BFMTV telekanalına açıqlamasında bildirib.

“Eskalasiyanı dayandırmaq və yeni imkanlar açmaq vacib idi. Hədəfə nail olduq”, – Makron deyib.

Makron Fransanın dünyada nüfuzunun artdığını da əlavə edib.

 

Gununsesi.info