Hədəfdə Qazi və Şəhid Ailələridir

  • By admin
  • 28 İyul 2022 20:45

2020-ci il sentyabr ayının 27-də başlayan və 8 noyabr 2020-ci il tarixinə qədər davam edən 44 günlük Savaş Rəşadətli Ordumuzun parlaq qələbəsi nəticəsində Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi.Ordumuzun qısa zamanda qələbə qazanmasını xarici və daxili düşmənlərimiz gözləmirdi . Məhz bu qələbədən sonra ordumuza və bizə qələbə sevincini yaşadan hərbiçilərimizə istər daxildə istərsə də xaricdə Azərbaycan dövlətçiliyini qəbul edə bilməyən qüvvələr qarayaxma kampaniyasına başladılar.Araşdırmalar göstərir ki,qazilərin intiharına səbəb olan amillərdən müharibə sindromu dioqnozu ilə yanaşı , məmur biganəliyi və onları bu addımı atmağa dəstək verən qüvvələr mövcuddur.

Şəhid və Qazi ən ali rütbədir. Bu rütbəni qazanmaq hərkəsə nəsib olmur. Son zamanlar Ermənistan üzərində qələbə qazanan Qazilərimizə İngiltərədə sığınacaq alan Beynəlxalq axtarışa verilmiş azerfreedom tv-nin rəhbəri Qurban Məmmədov tərəfindən qarayaxma kompaniyası başlayıb.Belə ki, bloger Abid Qafarov Qaziləri təhqir etdiyinə görə məhkəmənin qərarına əsasən 1-il azadlıqdan məhrum edildikdən sonra qazilərimizi təhqir etməyə başlamışdır.

Vətənpərvərlik işində fərqləndiyinə görə Hərbi Hissə tərəfindən Fəxri Fərmanla təltif olunan Qazi Yusif Şirinliyə İctimai birliyin sədri Mehdi Mehdiyev tərəfindən mükafatın təqdim edilməsini Azərbaycan ictimaiyyətinə Abid Qafarovun işlətdiyi ifadəyə görə Qazini şikayət etdiyinə görə təltif etdiyini bəyan edir. Ermənistanla müharibədə qardaşı Şəhid olmuş , özü döyüşdə ağır yaralanmış ehtiyatda olan polkovnik Mehdi Mehdiyevi izləyicilərə Rusiyanın Agenti kimi təqdim edir.Bu azmış kimi Mehdiyev Mehdi Adgözəl oğlunu onun babası olmasını bəyan edir. Halbuki Mehdi Mehdiyevin babası Mehdiyev Mehdi Alı oğludur və doğulduğu yer Bərdə rayonudur.

Qazi Ceyhun Ağayev və Mehdi Mehdiyevin İctiai Birliklərə dövlət tərəfindən Dorektor təyin olduğunu vurğulayır.Çox əfsuslar olsun ki,hüquqi təhsili olmasına baxmayaraq Qurban Məmmədov hələ də anlamır ki, İctimai Birliklərə sədr dövlət tərəfindən yox İctimai Birliyin üzvlərinin seçdiyi Qurultay iştirakçıları tərəfindən idarə heyyəti seçilir və idarə heyyətinin qərarı ilə sədr təyin edilir.İctimai Birliklərin büdcəsi dövlət tərəfindən maliyyələşdirilmir.

Abid Qafarovun azadlıqdan məhrum edilməsi cəmiyyətin heç bir üzvü üçün sevindirici hal deyil.Lakin hər bir şəxs ifadəni işlətməzdən öncə düşünməlidir.Çünki söz ağızdan çıxarsa ona məsuliyyət daşıyırsan.

Qazilər bu cür qarayaxmalara diqqət yetirməməlidir və bilməlidilər ki,belə kampaniyalar ermənistan dövlətinin marağı üçün aparılır.Şəhid və Qazi adını uca tutmaq hərbir Azərbaycan vətəndaşının vətəndaşlıq borcudur.

Gununsesi.info