Həftənin ilk iş günündə “Açıq mikrofon” aksiyası Balakəndə keçirildi - FOTOLAR

  • By admin
  • 23 Yanvar 2023 19:00

Ölkə ərazisində abonentlərin qaz təchizatında üzləşdiyi problemlərin həlli və vətəndaşları maraqlandıran məsələlərin aydınlaşdırılması məqsədilə keçirilən “Səyyar qəbul otağı” Balakən rayon sakinlərinin ixtiyarında olub.

Aksiyada ümumilikdə 20 müraciət ünvanlanıb. Bunlardan 2-si qapı keçidinin quraşdırılması, 11-i fərdi yaşayış evinin qazlaşdırılması, 2-si küçə qaz xəttinin çəkilişi və qalan 4-ü isə debitor borcun hissə-hissə ödənilməsinə köməkliyin göstərilməsi ilə bağlı olub.

Görüşdə səsləndirilən hər bir müraciət Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən cavablandırıldıqdan sonra qeydə alınıb.

Gununsesi.info