Həftəsonu avtobuslar bu saatadək işləyə bilər – TƏKLİF

  • By admin
  • 14 Aprel 2021 12:47

“Hələlik heç bir ölkədə, eləcə də elmi araşdırmalarda həftəsonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, son həftələr əksər ölkələrdə, o cümlədən Azərbaycanda virusa yoluxanların sayında artım müşahidə olunsa da, dövlətlərin pandemiya ilə mübarizə tədbirləri bir-birindən fərqlənir: “Ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qadağalardan biri də həftəsonları ictimai nəqliyyatın işləməməsidir. Xüsusən də şənbə günləri çalışanların bir qismi üçün həftəsonları ictimai nəqliyyatın işləməməsi xüsusi çətinliklər yaradır”.

 

V.Bayramovun sözlərinə görə, bu baxımdan həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı: “Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur. Məsələn, həftəsonları ictimai nəqliyyat gecəyarısınadək deyil, səhər saatlarından 20:00-dək işləyə bilər. Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu, həftəsonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.

Gununsesi.info