Həkimdən şok: 100-DƏN ÇOX XƏSTƏSİNƏ İNTİHAR DƏRMANI YAZDI

  • By admin
  • 24 Oktyabr 2021 11:40

Niderlandın Brabant bölgəsində yaşayan Uim van Dijk adlı psixoloq intihar dərmanı kimi tanınan və qadağan olunmuş “Middel X” dərmanını 100-dən çox xəstəsinə verdiyini etiraf edib.

Gununsesi.info xəbər verir ki, 78 yaşlı psixoloq bunu “Volkskrant” qəzetinə verdiyi müsahibəsində açıqlayıb.

O, etirafının nə ilə nəticələcəyinin fərqində olsa da, buna əhəmiyyət vermədiyini deyib.

Ölkə mətbuatında müsahibəsindən sonra Eyndhoven polisi tərəfindən saxlanılaraq sorğu-sual edilən 78 yaşlı Dijk haqqında intihara kömək etmək və narkotik qanunlarını pozmaq ittihamları ilə istintaq başladılıb.

Qeyd edək ki, intihar tozu və ölümcül toz adlandırılan “Middel X” dərmanının satışına Niderland Ədliyyə Nazirliyi tərəfindən qadağa qoyulub. Lakin vətəndaşlar bu dərmanı qeyri-qanuni yolla əldə edə bilirlər.

Gununsesi.info