Hələb bombalandı: 42 ölü, 83 yaralı

  • By admin
  • 16 Noyabr 2016 18:00

heleb

Suriyanın Hələb şəhərini Rusiya və Bəşər Əsədə aid döyüş təyyarələrinin bombalaması nəticəsində 42 dinc sakin dünyasını dəyişib.

Gununsesi.info-nun “Star” qəzetinə istinadən xəbər verir ki, Hələb şəhərinin şərqində müxaliflərin idarəçiliyində olan – Sear, Salahaddin, Muyesir, Mesekin Hanano, Haydariyə və Sahura hücum edən təyyarələr müxtəlif ərazilərdə ümumilikdə 42 nəfərin ölümünə səbəb olub. Bundan başqa, 83 nəfər ağır xəsarət alaraq, xəstəxanalara yerləşdirilib. Hədəf alınan yerlərə külli miqdarda maddi ziyanın dəydiyi də bildirilir.

Məlumata görə, ölü sayının artacağı istisna edilmir.

Anar
Gununsesi.info