Hələbdə partlayış…

  • By admin
  • 09 Mart 2021 22:58

Suriyanın Hələb şəhərinin Maysar rayonunda terror aktı törədilib.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə 5 uşaq yaralanıb. Terror aktı tərəvəz bazarı yaxınlığında əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.

Yaralı uşaqlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Gununsesi.info