Həmid-əl-Hüseyninin Azərbaycanı təhdid edən açıqlaması ilə bağlı bəyanat yayıldı

  • By admin
  • 01 Oktyabr 2019 20:39
Gununsesi.org xəbər verir ki, Azərbaycan Demokrat Partiyası Həşbi-Şabi silahlı qruplaşmasının lideri Həmid-əl-Hüseyninin Azərbaycanı təhdid edən açıqlaması ilə bağlı bəyanat yayıb.
 Bəyanatda deyilir.
“Həşdi–Şabi silahlı qüvvələrinin lideri Həmid-əl-Hüseyni İranın Qum şəhərində çıxış edərək Azərbaycanın guya İraqdakı bu təşkilata məxsus silah anbarlarını bombalayan və ya bombalamağı planlayan İsrail dronlarına öz ərazisində yer verdiyini iddia edib və Azərbaycan hakimiyyətinə səslənərək bu addımın cavabsız qalmayacağaını dilə gətirməklə təhdidedici açıqlama verib.
ADP Azərbaycan iqtidarını İsraillə münasibətlərdə ərəb-israil qarşıdurmasını, İranda yaşayan milyonlarla soydaşımızın olduğunu nəzərə almaqla İranla münasibətlərin hər iki dövlətin mənafeyinə uyğun şəkildə siyasət aparmaqla ölkəmizə qarşı yönələn ittihamları təkzibedilməz dəlillərlə əsassız olduğunu sübut etməyə və radikal dini qruplaşmalardan cəmiyyətə və dövlətə qarşı təhdidlərlə bağlı təxirə salınmaz təhlükəsizlik tədbirləri görməyə çağırır.
“Həşbi-Şabi” silahlı qruplaşmasının liderinin bəyanatı İslam dininin dəyərlərinə, beynəlxalq hüquq normalarına zidd və İran-İraq-Azərbaycan dövlətlərarası münasibətlərə ciddi zərbə kimi dəyərləndirir, dindən siyasi məqsədlərlə istifadə etməni yolverilməz hesab edir, bu davranışı İslam ümmətçiliyi ilə bir araya sığmayan mövqe kimi dəyərləndirib.
ADP Azərbaycan dindarlarını ayıq-sayıq olmağa, müxtəlif ölkələrin din xadimlərinin əsassız bəyanatlarına uymamağa çağırır.
Gununsesi.org