“Həmin serialdan təklif gözləyirəm” – "İstanbullu gəlin"in aktrisası

  • By admin
  • 17 Fevral 2018 22:44


Hazırda “İstanbullu gəlin” serialında qonaq aktrisa kimi çıxış edən Defne Samyeli GQ dərgisinin mükafatlandırma gecəsində kameralara tuş gəlib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa daha əvvəl rol aldığı “Kurtlar vadisi” serialı ilə bağlı arzusunu dilə gətirib. O, filmin prodüseri Necati Şaşmaza ismarış yollayıb:

“İstanbullu gəlin”də qonağam. Amma “kurtlar vadisi”ndən təklif gözləyirəm. Bu arada, müğənniliyi atmamışam. Bu yaxında albomum çıxacaq”.

Qeyd edək ki, müğənni Ajda Pekkandan dərs alan Defne Samyeli Tuba Büyüküstünün sevgilisi Umut Evirgenin gecə klubunda çıxış edir. Samyeli “İstanbullu gəlin”də Qərib bəyin keçmiş arvadı Siren rolunu canlandırır.

Gununsesi.info