Həmsədrlər fevralın 7-də Ermənistana səfər edəcək

  • Müəllif: admin
  • 02 Fevral 2018 10:14

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Ermənistana səfərlərinin vaxtı məlum olub.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər.

Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar.

Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq.

Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Gununsesi.info