Həmsədrlər prezidentlərlə görüşlərin yekunlarına dair bəyanat yayıblar

  • By admin
  • 11 Fevral 2018 22:38

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərdən sonra bəyanat yayıblar.

Bəyanatda bildirilir ki,  ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), ŞtefanViskonti (Fransa), Endryu Şofer (ABŞ)ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birlikdə fevralın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə,   fevralın 9-da isə Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. Həmçinin hər iki paytaxtda həmsədrlərin bu ölkələrin XİN rəhbərləri ilə məsləhətləşmələr aparılıb. Həmsədrlər fevralın 9-11-də Dağlıq Qarabağa səfər edərək separatçı rejimin rəhbərliyi ilə görüşüblər və işğal altənda olan Zəngilan, Qubadlı,Ağdam, Laçın və Kəlbəcər rayonlarında müəyyən yerlərə baş çəkiblər.

Gununsesi.info