“Hər kəs mənə lağ edirdi” –  fotolar

  • By admin
  • 01 Avqust 2017 19:09

1
ABŞ-da yaşayan Lomiko Conson adlı model nadir xəstəlik olan “vitiligo”dan əziyyət çəkir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 12 il öncə qolunun altında balaca ağ ləkə görən qaradərili qız buna əhəmiyyət verməyib. Daha sonra ləkənin böyüdüyünü və bədəninin digər hissələrində də əmələ gəldiyini görüb və bunun bir xəstəlik olduğunu öyrənib.

Lomiko insanların gülüş hədəfinə çevrilməmək üçün saatlarca güzgü önündə makiyaj edib.

Açıqlamasında Conson bildirib ki, uzun müddət o, xəstəliyini hər kəsdən gizlətməyə çalışıb. Hətta ona lağ edənlərdən təngə gələrək intihara cəhd də edib.

Lakin əri Filippinin onu olduğu kimi qəbul etməsi və sevməsi hər şeyi dəyişib. Lomiko ərinin və ailə üzvlərinin dəstəyi ilə modellik etməyə başlayıb. O, bədənində xəstəlikdən sonra yaranmış ləkələrini sənət əsəri adlandıraraq “Mən yeriyən incəsənət” deyib və uğur qazanıb.

Hazırda dünyanın ən məşhur geyim brendləri reklam üçün ona müraciət edir. Qeyd edək ki, Lomiko 4 uşaq anasıdır.

2

showpic_el100

showpic_el100 (1)

Gununsesi.info