Hər kəs onu yadplanetli sanır –  foto

  • By admin
  • 09 İyun 2017 20:22

showpic_el100

 

Moda dünyasının ən qeyri-adi modellərindən Melani Qaydosun görünüşü hər kəsi təəccübləndirir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, amerikalı qadın diş, dırnaq, saç və sümük inkişafını ləngidən genetik xəstəliyinə baxmayaraq, xarici görünüşü ilə dünya tərəfindən məşhur markaların diqqətini çəkir.

28 yaşlı Melani xarici görünüşündən rahatsız olmadığını, lakin insanların bəzən onu tənqid etmələrindən kədərləndiyini bildirib.

Fərqli model taxma diş və parikdən xoşlanmadığını, belə daha təbii göründüyünü vurğulayıb.

Melanini İnstaqramda 100 min insan izləyir. Onlardan bəziləri fotoların altına Qaydosun insan deyil, yad planetli olduğunu qeyd edirlər.

 

Gununsesi.info