“Hər şey Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını göstərir” - BAYDEN

  • By admin
  • 17 Fevral 2022 19:03

“Rusiyanın Ukraynanı işğal etmək təhlükəsi çox yüksəkdir”.

Gununsesi.info NTV-yə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Co Bayden çıxış edib. C. Bayden bildirib ki, hər şey Rusiyanın yaxın bir neçə gün ərzində Ukraynaya girməyə hazırlaşdığını göstərir.

ABŞ lideri hələlik Rusiya Prezidenti Vladimir Putinlə danışıqların planlaşdırılmadığını vurğulayıb.

 

 

Gununsesi.info