“Hər şeyi mən məhv etdim”… – Bill Qeytsdən gözlənilməz etiraf

  • By admin
  • 15 İyul 2021 10:02

“Microsoft”un qurucusu Bill Qeyts ötən gün etdiyi etirafla diqqət mərkəzində olub. 

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, təşkil olunan yaz düşərgələrinin birində boşanma haqqında sual verilən zaman Qeytsin cavabı hər kəsi təəccübləndirib.

Belə ki, o, həyat yoldaşı Melinda Qeytslə boşanmada özünü günahlandırdığını və “Hər şeyi mən məhv etdim”, deyib.

Qeyd edək ki, Bill və Melinda Qeyts sərvəti 130 milyard dollar dəyərindədir.