Hər zaman azərbaycanlıların isti, doğma münasibətini hiss etmişəm - Türkan Şoray

  • By admin
  • 17 Noyabr 2016 16:47

turkan-soray

“İkinci dəfə qardaş və dost Azərbaycanda olduğuma görə çox şadam. Sevinirəm ki, növbəti dəfə azərbaycanlı pərəstişkarlarım, tamaşaçılarımla görüşürəm”.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bunu tanınmış türkiyəli aktrisa Türkan Şoray deyib.

O, qeyd edib ki, Azərbaycanı hər zaman çox sevib:

“Hiss edirəm ki, məni də Azərbaycanda da çox sevirlər. Hər zaman azərbaycanlıların isti, doğma münasibətini hiss etmişəm. Bu, əlbəttə, məni çox sevindirir”.

Gununsesi.info