Hərbçilərimizin iştirak etdiyi parad kosmosdan görüntüləndi - FOTO

  • By admin
  • 24 İyun 2020 20:33
Moskvada keçirilən hərbi parad Rusiyanın “Resurs-P” distansion zondlaşdırma peyki tərəfindən kosmosdan görüntülənib.
Gununsesi.org xəbər verir ki, bu barədə “Roskosmos”un mətbuat xidməti məlumat yayıb.
Çəkilən görüntülərdə Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş tədbir zamanı Qırmızı Meydan əks olunub.
Xatırladaq ki, Qələbə paradı Moskva vaxtı ilə 10:00-da keçirilib. Paradda 13 ölkədən 14 mindən çox hərbçi (o cümlədən ölkəmizdən), 234 ədəd hərbi texnika və 75 uçuş aparatı iştirak edib.
Gununsesi.org