Hərbi əməliyyatlar davam etdirilməlidir

  • By admin
  • 22 Avqust 2022 11:23

Ermənistanın 10 noyabr tarixli birgə bəyanatın şərtlərinə əməl etməyəcəyi təqdirdə Azərbaycan hərbi əməliyyatları bundan sonra da davam etdirməlidir.

Gununsesi.info xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin əhali arasında həyata keçirdiyi rəy sorğusunda açıqlanıb.

Respondentlərin 80,5%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Hərbi əməliyyatları erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatı olaraq görən respondentlərin 84,1%-i bu əməliyyatların davam etdirilməsini dəstəkləyib.

Nəticələrin gender aspektindən statistik təhlili onu deməyə əsas verir ki, kişilər qadınlarla müqayisədə Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatları davam etdirməsini daha çox istəyirlər.

Əks mövqedə qərarlaşan (6,8%), eləcə də bu suala cavab verməkdə çətinlik çəkən (12,8%) respondentlər mövqeyini əsasən itkilərin olmasını istəmədikləri ilə əlaqələndiriblər.

Gununsesi.info