“Hərbi çevriliş cəhdi dönəmində Azərbaycana dəstəyi üçün təşəkkür edirik” - MAHİR ÜNAL

  • By admin
  • 14 İyul 2017 13:24

250220161547420921946_2

“Türkiyədə hərbi çevriliş cəhdi əlbəttə, xaricdən dəstəklənib”.

Gununsesi.info xəbər verir ki, bunu bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiya sözçüsü Mahir Ünal 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə bildirib.

Ünal deyib ki, bu hərbi çevriliş cəhdinin ABŞ-la NATO-da müttəfiqi, Avropa İttifaqına üzvlüyə namizəd bir ölkədə baş verməsi təəccüblüdür: “Ancaq bizim əlimizdə bu hərbi çevriliş cəhdinin konkret hansı xarici ölkə tərəfindən dəstəkləndiyi barədə konkret dəlil yoxdur”.

AKP sədrinin müavini hərbi çevriliş cəhdi dönəmində Azərbaycana dəstəyi üçün təşəkkür edib.

Gununsesi.info