Hərbi Prokurorluq özünü öldürən hərbçiylə bağlı açıqlama yaydı

  • By admin
  • 13 İyul 2021 12:56

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu bu günlərdə özünü güllələyərək öldürən hərbçi Rahib Mirzəyev barədə açıqlama yayıb.

Gununsesi.info həmin açıqlamanı təqdim edir;

12 iyul 2021-ci il tarixdə Müdadiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.
Gununsesi.info