Hərbi-siyasi təhlükənin qarşısını almalıyıq - Deputat

  • By admin
  • 09 İyun 2023 11:23

Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində – Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu inşa edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu bildirib.

“Bu zavod Amerikanın maliyyə yardımı ilə inşa edilir. Bildirim ki, zavod təkcə ekoloji deyil, gələcəkdə hərbi təhlükəyə də səbəb ola bilər. Ona görə də gələcəkdəki hərbi-siyasi təhlükənin qarşısını almaq üçün ciddi addımlar atmalıyıq və bunu müzakirə etməliyik”, – deyə deputat bildirib.

Gununsesi.info