Həsən Ruhani avqustun 7-də Azərbaycana gələcək - SƏFİR

  • By admin
  • 05 Avqust 2016 15:06

ruhani

 

İran prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycana ikigünlük rəsmi səfər gələcək.

Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən bildirilib. Səfirlikdən bildirilib ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri avqustun 7-də reallaşacaq: “İran prezidenti Həsən Ruhani avqustun 7-də günün birinci yarısında Azərbaycana gələcək və həmən gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qarşılanacaq. Azərbaycan və İran prezidentlərinin təkbətək və nümayəndə heyətinin geniş tərkibdə görüşü keçiriləcək. Görüşün yekunu olaraq Azərbaycan və İran prezidentləri media qarşısında qarşısında bəyantla çıxış edəcək, onların suallarını cavablanıdracaq. İki ölkə prezidenti arasında keçirilən görüşün nəticəsi olaraq 5-ə yaxın sənəd imzalanacaq”.

Səfirlikdən o da bildirilib ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycan və İran iş adamları ilə görüşü nəzərdə tutulub. Səfirlikdən bildirilib ki, İran prezodenti böyük nümayənəd heyəti ilə Azərbaycana səfərdə olduöundan onu 5-dən artıq nazir müşaiyət edəcək. Nümayənəd heyətinin tərkibində İran xarici işlər naziri Mühəmməd Cavad Zərifi, Rabitə və Texnologiyalar naziri Mahmud Vaezi, iqtisadiyyat və ticarət naziri və digər nazirlər müşaiyət edəcək. İranlı nazirlərin azərbaycanlı həmkarları ilə görüşləri də nəzərdə tutulub. Avqustun 8-də isə Azərbaycan, Rusiya və İran prezidentinin üçtərəfli formatda görüşü olacaq.

Mürətza

Gununsesi.info